İdmançımız Rio-ya vəsiqəni təmin edib

İdmançımız Rio-ya vəsiqəni təmin edib
Serbiyanın Zrenyanin şəhərində Rio Olimpiadasına lisenziya xarakterli Avropa təsnifat turniri davam edir.
 
APA-nın məlumatına görə, bu gün Azərbaycan yığmasının üzvü, sərbəst güləşçi Cəbrayıl Həsənov (74 kq) döşək üzərinə çıxıb.
 
İkiqat Avropa çempionu ilk görüşdə Moldova təmsilçisi Aleksandru Burkanı, daha sonra isə Polşa idmançısı Kristian Brzozovskini məğlubiyyətə uğradıb. Yarımfinalda Ermənistan güləşçisi Suren Xaçatryanla qarşılaşan C. Həsənova qələbə üçün 51 saniyə bəs edib. Rəqibi üzərində təmiz qələbə qazanan idmançımız finala adlayıb.
 
İdmançımız bununla Rio Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az