Bakı-2015 I Avropa Oyunlarında taekvondo yarışları davam edir.
Vətəninfo.az Apasport.az-a istinadla xəbər verir ki, kişilər arasında 80 kq çəki dərəcəsində Azərbaycan təmsil edən Milad Beiqi Harçeqani ilkin mərhələdən yarışa qoşulub. O, ilk cəhdində serbiyalı Damir Feyziçlə üz-üzə gəlib və qələbə qazanıb – 12:0. Milad 1/4 finalda Böyük britaniyalı Muhammed Lutalonu məğlub edib - 17:5.
Harçeqani yarımfinalda portuqaliyalı Julio Ferreyra döyüşüb və 6:2 hesabı ilə qalib gələrək, finala çıxıb.
Qadınlar arasında 67 kq çıkidə gənclər arasında dünya çempionumuz Fəridə Əzizova ilk döyüşünü Yoyse Van Baarinə qarşı keçirib. İlkin mərhələyə təsadüf edən qarşılaşma həmyerlimizin qələbəsi ilə yekunlaşıb - 2:0. Taekvondoçumuz 1/4 finalda türkiyəli Nur Tatarı isə 6:2 hesabı ilə məğlub edib.
O, finala gedən yolda isveçli Elin Yohanssonla üz-üzə gəlib. Əzizova bu qarşılaşmada da uğurlu seriyasını davam etdirib. Rəqibini 4:2 hesabı ilə məğlub edən Fəridə finala yüksəlib.
Qeyd edək ki, taekvondo yarışlarının ilk 2 günündə yığmamızın heyətində Ayxan Tağızadə (68 kq) qızıl, Patimat Abakarova (49 kq) bürünc medal qazanıb.
Sabah keçiriləcək daha 2 çəki dərəcəsi ilə taekvondo yarışlarına yekun vurulacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL