Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyanı və baş katibi Frans Şrayberi qəbul edib.
Vətəninfo.az - Oleqario Vaskes Ranya birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq həmin oyunların yüksək səviyyədə təşkilinin və ümumilikdə ölkəmizdə gedən inkişaf proseslərinin, insanların göstərdiyi dost münasibətlərinin onda dərin təəssürat yaratdığını dedi. Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti dünyanın 90 ölkəsindən 1000-dən çox idmançının iştirak etdiyi atıcılıq üzrə Dünya Kuboku yarışlarının da Qəbələdə ən müasir standartlar səviyyəsində təşkil olunduğunu və bu tədbirin idman sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyini vurğuladı.
Dövlətimizin başçısı müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən dünya səviyyəli idman yarışlarının keçirilməsi üçün təkcə ölkəmizin paytaxtında deyil, regionlarda da müasir infrastrukturun yaradıldığını vurğuladı və bu baxımdan atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının Qəbələ şəhərində keçirilməsinin önəmini qeyd etdi.
Görüşdə Beynəlxalq İdman Atıcılıq Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə olundu.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri