Xalq artisti, “Şərəf”, “Şöhrət” ordenli sənətkar, Türk Dünyasının sənət kraliçası İlhamə Quliyeva hazırda Şəmkirdə 8 nəfər musiqiçi heyəti ilə bərabər “Exselsior”otelində yerləşdirilib. Hal-hazırda sənətkarın canlı orkestrlə bərabər sabah əsgərlər qarşısında verəcəyi konsertin məşqləri başlayıb. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsertdə sənətkar F.Əmirov, C.Cahangirov, S.Rüstəmov, R.Mirişli, T.Əkbər, X.İsmayılqızı, N.Aslan kimi bəstəkarların əsərlərini ifa edəcək. Konsertin sonunda sözləri İlhamə Quliyevaya, musiqisi Siruz Abbasbəyliyə məxsus “İlhamlı Azərbaycan” mahnısı səslənəcək. Konsert AzTV vasitəsilə ilə işıqlandırılacaq. Çəkiliş qrupu artıq Şəmkirdədi.
Şəmkirə ezam olunmuş müxbirimiz İlhamə xanımdan Vətəninfo.az üçün eksklüziv açıqlama alıb.
“Bu konsertin təşkilatçılığına görə müdafisə naziri, general-polkovnik Zakir Həsənova, Azərbaycan Televiziya və Radio QSC-nin sədri Arif Alışanova, konsertin bədii rəhbəri Etibar Babayevə və polkovnik Abdulla Qurbaniyə təşəkkürümü bildirirəm. İnanıram ki, bu konsert əsgərlərimizin döyüş ruhunu daha da artıracaq. Azərbaycan ordusu ilə fəxr edirəm”, - deyə İlhamə xanım bildirib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR