İlkin Həsəni yenidən üzr istəyəcəkmi? - QARŞIDURMA
"Deyilənlər yalandır, hakim mənim barəmdə hələ ki heç bir qərar
verməyib. Yaxın zamanlarda məhkəmə prosesi başa çatacaq və bundan sonra
hakim qərarını verəcək. Buna görə də istəməzdim, yalan məlumatlar
yaysınlar".
Vətəninfo.az xəbər verir ki, bu sözləri Publika.az-a ATV-nin aparıcısı İlkin Həsəni deyib.
Xatırladaq
ki, ötən həftə o, sosial şəbəkədəki hesabından üzrxahlıq edib. Lakin
həmin üzrxahlıq ümumi xarakter daşıyıb, mətndə ANS-in adı çəkilməyib. Bu
səbəbdən məhkəmə iclasında aparıcının üzrxahlığı qəbul edilməyib. O,
ANS şirkətindən yenidən üzr istəməli olacaq.
Məlumat
üçün qeyd edək ki, İlkin Həsəni həmkarı Mətanət Əliverdiyevanı müdafiə
məqsədi ilə ANS telekanalının ünvanına "facebook" sosial şəbəkəsində
təhqiramiz ifadələr yazmışdı. Həmin statusa görə, ANS şirkəti aparıcını
məhkəməyə verib. Məhkəmənin qərarına əsasən, İlkin Həsəni ANS
şirkətindən üzr istəməli olub.