Müğənni Aygün Kazımovanın gənc oğlanla eşq macərasına qızı İlqarə münasibət bildirib.
Xalq artisti Aygün Kazımovanın adı artıq bir neçə ildir ki, gənc oğlanlarla hallanır. Hətta 7 illik eşq tarixçəsi olan Aygün və Namiq cütlüyündə meyxanaçı səhnəmizin divasından 7 yaş kiçik idi. Son sevgilisi ilə Aygün Kazımova isə rekorda da imza atmağı bacardı. Belə ki, eşq yaşadığı Fikrət adlı gənc xanım Kazımovadan 16 yaş kiçik idi. Əslində belə bir misal da var ki, sevginin nə yaşı, nə cinsi, nə milliyyəti, nə irqi, nə də dini var. Könül sevən göyçək olur. Amma işimiz bunda yox, məhz İlqarədədir.
Tabloid.az Aygün Kazımovanın qızı İlqarə Kazımovanın məhz xalq artistinin gənc oğlanla sevgi xəbərinə münasibətini öyrənib. İlqarə deyib ki, hər kəsin şəxsi həyatı var:
“Mən onun şəxsi həyatına qarışmadığım kimi, o da mənim şəxsi həyatıma qarışmır. Normal qəbul edirəm. Çox qadınlar var ki, gənc oğlanlarla görüşürlər. Amma bunu gizlədirlər. Həm də, yaşın nə fərqi var ki?! Bir də ki, mənim anama baxın. Heç deməzsən ki, 42 yaşı var. 28-30 yaş vermək olur”.
Xatırladaq ki, İlqarə ötən həftə tabloid.az-a eksklüziv müsahibə verib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR