80 yaşlı şair Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilib
Azərbaycanın tanınmış şairi və tərcüməçisi İlyas Tapdığın səhhətində problem yaranıb. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, 80 yaşlı şair Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsinə yerləşdirilib. İ.Tapdığın ürək ağrılarından əziyyət çəkdiyi bildirilir.
Şair APA-ya açıqlamasında bildirib ki, bir müddət əvvəl ürəyində ağrılar başlayıb.
“Bir müddət əvvəl müalicə olunduqdan sonra evə buraxıldım. Ancaq iki gün əvvəl yenidən ağrılarım başladı. Srağagün yenidən xəstəxanaya müraciət etdim, reanimasiya şöbəsinə yerləşdirdilər. Bu gün səhər isə palataya köçürülmüşəm. Həkimlər yataq şəraitində 10 gün müalicə almalı olduğumu bildirirlər”, - deyə İ. Tapdıq vurğulayıb.
Şair əvvəllər ürəyindən şikayətlənmədiyini də bildirib: “Əvvəllər ürəyimdən şikayətim olmayıb. Lakin bu ilin yanvarında möhkəm soyuqlamışdım. Yaxşı müalicə olunmadığımdan yaşla əlaqədar bunun fəsadlarının ürəyində ağırlara səbəb olduğunu düşünürəm”.
O, xəstələndiyi barədə üzvü olduğu Azərbaycan Yazıçılar Birliyini məlumatlandırmağı lazım bilmədiyini də qeyd edib.
Qeyd edək ki, 1934-cü ildə Gədəbəy rayonunda anadan olan İ. Tapdıq 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR