Vətəninfo.az xəbər verir ki,Tacikistan prezidenti İmaməli Rəhman ölkənin Təhsil Nazirliyinə ölkədə mövcud olan Fətullah Gülənlə bağlı məktəblərin bağlanması ilə bağlı göstəriş verib.
Tacikistan Təhsil Nazirliyinin rəsmisi Rahimcon Saidov bildirib ki, prezidentin göstərişinə əsasən ölkə ərazisində mövcud olan camaata məxsus litsey və məktəblərlə bağlanan müqavilələr yenilənməsin. Məlumata görə, hazırda Tacikistanda Gülən camaatının “Şəlalə Təhsil Mərkəzi"nə daxil olan məktəb və litseylərdə yoxlamalara başlanılıb. “Ölkədəki camaata məxsus məktəblərin missiyası bizə bəlli deyil”, - deyən Saidov qeyd edib ki, əgər təmsil olunduğu nazirlik məktəblərin həyata keçirdiyi missiyanın müsbət bir missiya olmadığı istiqamətində qərar verərsə, bu məktəblərin fəaliyəti dayandırılacaq. Məlumata görə, Fətullah Gülən camaatına məxsus ilk məktəb Tacikistanda 1992-ci ildə açılıb.
Son on ildə artan camaata məxsus məktəblərlə bağlı müzakirələr əsasən bu məktəblərin bağlanması istiqamətində olub. Məlumata görə, “Şəlalə Təhsil Mərkəzi”nin daxilində fəaliyyət göstərən Tacik-Türk litseylərindən 6-sı Düşənbədə, 4-dü isə digər şəhərlərdə fəaliyyət göstərir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR