Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, İngiltərə Milli Cinayət Agentliyi danışılmış oyunları aşkara çıxardıb. Agentlik bu barədə ətraflı məlumat verməsə də İngiltərə futbol liqasında adları gizli saxlanılan 7 futbolçunun çirkli pulu yumaq və korrupsiya cinayətlərindən həbs olunduqlarını açıqlayıb. Bu həbs olunan futbolçuların İngiltərənin şimal-qərbində futbol oynayan yaşları 18-30 olan oyunçular olduğu ifadə edilib. Milli Cinayət Agentliyi istintaqı "The Sun on Sunday" qəzetinin xəbərlərindən sonra başlatdıqlarını bildirib.
Xatırladaq ki, ötən ilin dekabr ayında da daha 6 futbolçu danışılmış oyunlarda təqsirli bilinərək həbs olunmuşdu. 8 aprelə qədər şərti olaraq sərbəst buraxılan Premier Liqa futbolçusu Kampbell ortaya çıxan yeni dəlillərdən sonra təkrar həbs olunub. Kampbellə yanaşı sabiq "Oldham Atletik"in oyunçusu Kristian Montano ilə birlikdə həbs olunan digər 11 futbolçunun adları gizli saxlanılıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR