Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Almaz Həsənovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, insan alveri ilə məşğul olmaqda təqsirləndirilən Şəmkir rayon sakini, 1966-cı il təvəllüdlü Həsənova Almaz Sarı qızı oktyabr ayında Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Dubay əmirliyində saxlanılıb və daha sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib.
İdarənin məlumatına əsasən, A.Həsənova BƏƏ-də cinayətkar qrupa başçılıq edib. O, təkcə qadınları fahişəliyə cəlb etmə fəaliyyəti ilə məşğul olmayıb, tabeliyindəki fahişələri ərəb müştərilərindən oğurluq etməyə də məcbur edirmiş.
Bildirilir ki, 48 yaşlı A.Həsənova azərbaycanlı qadınları aldadaraq BƏƏ-yə aparıb, sonra onları cinsi istismara məruz qoyub. Daha sonra isə o, qurbanlarını digər qadınları bu işə cəlb etməyə məcbur edib.
Məlumata görə, A. Həsənova 7 il İnterpol xətti ilə axtarışda olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR