Vətəninfo.az xəbər verir ki, Bakının “İnter” klubu Avropa Liqasının II təsnifat mərhələsində İsveçin “Elfsborq” komandası ilə görüşüb. “Qafqazinfo” xəbər verir ki, “Şəfa” stadionunda baş tutan oyunun əvvəlində - 3-cü dəqiqədə “İnter”in oyunçusu Salukvadze qırmızı vərəqə ilə meydandan qovularaq komandasını azlıqda qoyub. 45-ci dəqiqədə rəqib komandanın oyunçusu Sebastyan Holmen “Elfsborq”u hesabda irəli çıxarıb. Oyun bu hesabla bitdiyindən iki oyunun nəticəsinə görə hesab 1-1 olub və ə oyuna 30 dəqiqə əlavə vaxt təyin edilib. Lakin əlavə edilən vaxtda da komandalar fərqlənə bilməyiblər. Nəticədə qalib 11 metrlik zərbələrlə müəyyən olunub. Daha dəqiq zərbələr vuran İsveç təmsilçiləri 4:3 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb. Xatırladaq ki, “İnter” ilk oyunda “Elfsborq”u 1:0 hesabı ilə məğlub etmişdi.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR