Bu gün Gürcüstanın sabiq müdafiə naziri, "Azad Demokratlar" partiyasının sədri İrakli Alasaniya Marneulidəki Mülki Məşğulluq Mərkəzində yerli sakinlərlə görüşüb.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə çıxış edən İ. Alasaniya partiyanın gələcək perspektivlərindən danışıb.
"Azad Demokratlar" partiyasının 3 aydır "Gürcü arzusu" koalisiyasından çıxdığını deyən İ. Alasaniya partiyanın 2016-cı ildə keçiriləcək seçkilərdə fəal iştirak edəcəyini bildirib. O qeyd edib ki, onun komandası bundan sonra azərbaycanlıların kompakt yaşadığı bölgələrdə tez-tez görüşlər keçirəcək və azərbaycanlıları narahat edən problemləri dinləyərək onların həlli üçün yeni konsepsiyalarla çıxış edəcək.
Görüş sual-cavab şəraitində davam edib. İ. Alasaniya ilə sabiq nazir, "Azad demokratlar" partiyasının baş katibi Aleksi Petriaşvili, habelə partiyanın digər fəalları onlara verilən sualları cavablandırıblar.
Görüşün sonunda İ. Alasaniyaya ona hədiyyə edilən Quranı öpüb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR