İranın açıq təxribatları bir daha onu göstərir ki, rejim Azərbaycandan əl çəkmək istəmir.
Bu sözləri “veteninfo.az”-a İsveçdən Cənubi Azərbaycanın tanınmış hüquq müdafiəçisi, politoloq Saleh Kamrani son günlər İran rejiminin Azərbaycana qarşı apardığı təxribatları şərh edərkən bildirib.
“İran Azərbaycanın bölgədə güclənməsindən olduqca narahatdır və buranı öz sosial bazasına çevirmək üçün, müxtəlif vasitələrə əl atmaqdadır. Ölkənin media və xüsusi xidmət orqanları bu işin həyata keçməsi üçün geniş fəaliyyət ortaya qoyublar. Son hadisələr göstərdi ki, İran rejimi açıq şəkildə Azərbaycana qarşı təxribatlar aparır və bundan da geri çəkilinə oxşamır”,-deyə Saleh Kamrani bildirib. Saleh Kamrani İranin rejiminin bu yolla Azərbaycana təsir edə bilməyəcəyini qeyd edib.
“Rejimin Azərbaycanı öz sosial poliqonuna çevirmək siyasəti fiaskoya məhkumdur. Bu siyasət uğursuz olmaqla yanaşı, gec-tez bumerenq kimi özünə qayıdacaq”,-deyə politoloq vurğulayıb.
Elnur Eltürk
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR