İranda 6 azərbaycanlı fəal azadlığa buraxıla bilər

İranda 6 azərbaycanlı fəal azadlığa buraxıla bilər
Güney Azərbaycanda 6 milli-mədəni fəal mühakimə olunub.
 
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Marağa zindanında saxlanılan Həkimə Əhmədi, Məhərrəm Vəlipur (Xoşnam), Əbülfəz Fəkuri, Əkbər Əzizi, Qulamrza Rəşidi və Məhəmmədrza Qurbaninin məhkəmə iclası keçirilib.
Məlumata görə, fəallar barəsində daha əvvəl çıxarılan həbs qərarı avqustun 24-də girov vermək qərarı ilə əvəzlənə bilər.
Qeyd edək ki, adı çəkilən fəallar 10 aydan çoxdur Marağa zindanında saxlanılırlar. Fəalların sistemin əleyhinə təbliğat aparmaqda, milli təhlükəsizliyi pozmağa cəhd göstərməkdə və xarici qruplarla əlaqə qurmaqda günahlandırıldığı bildirilir. Azərbaycanlı fəallar irəli sürülən bütün ittihamları qəti şəkildə rədd ediblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az