İrandan Azərbaycana narkotik keçirməyə çalışan şəxs yaxalanıb

İrandan Azərbaycana narkotik keçirməyə çalışan şəxs yaxalanıb

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altından 1 ədəd bükümdə xalis çəkisi 1,016 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, "Qoşa Təpə” gömrük postunun piyada keçid xəttində quraşdırılmış təhlükəsizlik kameralarının köməyi ilə həmin narkotik vasitəni sözügedən yerdə masanın altına atan şəxsin İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşı Mirelnur Mürsəlovun olduğu müəyyən edilib.

Bundan sonra M.Mürsəlovun saxlanılması məqsədilə müvafiq əməliyyat tədbirləri həyata keçirilib və həmin şəxs Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunun qarşısında saxlanılıb.

İlkin araşdırma zamanı M.Mürsəlov etiraf edərək İrandan Azərbaycana piyada gələrkən sərnişinlərə və onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilən salonda, sərnişinlərlə sorğu-sual aparılan yerdəki masanın altına 1 ədəd bükümdə olan tiryəki atdığını və həmin tiryəki İrandan əldə edərək gətirdiyini bildirib.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az