İranı Urmiya zindanında narkotik qaçaqmalçılığı ilə ittiham olunan 6 nəfər edam edilib.
Vətəninfo.az .az xəbər verir ki, Urmiyə zindanının həyətində asılaraq edam edilənlərdən biri Hüseyn Vətənzad Qarabağ Salmasda sünni türklərin (Kürəsünni) yaşadığı İstisu kəndindəndir.
Anası Salmasın İstisu kəndi, atası isə Urmiyənin Qarabağ kəndindən olan Vətənzadın dayısı Yusuf İslamdust və qohumu Fərhad İslamdust müvafiq olaraq 2012 və 2011 illərində edam edilib. Amnesty International-ın yaydığı bəyanatlarda İslamdustların ədalətsiz məhkəmələr və işgəncə altında alınmış etiraflar əsasında mühakimə olunduqlarını bildirmişdi.
Beynəlxalq insan haqları qurumlarının yaydığı bəyanatlara əsasən İranda narkotik qaçaqçılığı ilə ittihamı edilənlərin əksəriyyəti gücsüz və yoxsul insanlar, habelə qadınlar, etnik qruplar, dini azlıqlar və xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilirlər.
Amnesty International daha əvvəl yaydığı bəyanatlarda Qərbi Azərbaycanda yaşayan sünni türkləri bəluçlar və Əfqanıstan vətəndaşları ilə birlikdə İranda ən çox edam riski ilə üzləşən azlıq icmalar olaraq göstərib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR