Bu gün “Tserqakon” hərəkatının lideri Şant Arutyunyanın 100-dək tərəfdarları İrəvanın mərkəzindəki Maştots prospektində razılaşdırılmamış yürüş keçirməyə cəhd edib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, polislə baş vermiş toqquşma nəticəsində bir neçə asayiş keşikçisi və etirazçı xəsarət alıb, 20 nəfər aksiya iştirakçısı saxlanılaraq bölmələrə aparılıb.
Ermənistan Polisinin mətbuat xidmətinin açıqlamasında bildirilir ki, dəyənəklərlə silahlanmış Şant Arutyunyanın tərəfdarları İrəvanın mərkəzi prospektində razılaşdırılmamış yürüş təşkil edib. “Polis əməkdaşları onları ictimai asayişi pozmamağa və Maştots prospektində hərəkətə mane olmamağa çağırıb. Lakin aksiya iştirakçıları əldə qayrılmış və daşlarla doldurulmuş partladıcı paketləri partlatmağa başlayıblar”, deyə açıqlamada bildirilir.
Mətbuat xidmətinin açıqlamasında bildirilir ki, polis əməkdaşları asayişi bərpa etməyə və prospekti etirazçılardan azad etməyə müvəffəq olub.
Qeyd edək ki, Şant Arutyunyan polisin xəbərdarlıqlarına məhəl qoymadan bir neçə gün ərzində Azadlıq meydanında zorakılıq çağırışları olan bəyanatlarla çıxış edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR