İş prosesinin dayanma səbəbləri məlum deyil
Bakı-Tbilisi-Qars
(BTQ) dəmiryolu xəttində həyata keçirilən tikinti işləri dayandırılıb.
İş prosesinin dayanma səbəbləri məlum deyil. Bu barədə Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata
görə, layihənin Türkiyə tərəfinin tikinti işlərini icra edən şirkətlər
maliyyə problemləri ilə üzləşdiklərindən hazırda tikinti işləri
dayandırılıb. Dəmiryolu xəttinin Arpaçayda yerləşən tikinti
meydançasında ancaq mühafizə xidməti çalışır. Təxminən bir ildir
müntəzəm iş getməyən dəmir yolunda işin nə zaman bərpa olunacağı bəlli
deyil.
Xəbərdə qeyd edilir ki,
Türkiyənin 7 ildir tamamlaya bilmədiyi BTQ layihəsinin 79 km-lik hissəsi
artıq Qars sakinlərinin də etirazına səbəb olub. Yerli əhali bildirib
ki, layihənin Azərbaycana aid 540 km, Gürcüstana aid 207 km-lik hissəi
tamamlanıb, lakin Türkiyə hissəsində tikinti işlərinin bitəcəyi tarix
məlum deyil. Qarslılar bu məqsədlə səlahiyyətli şəxslərə müraciət
edərək, BTQ dəmiryolu xətti ilə əlaqədar ictimaiyyətin
məlumatlandırılmasını istəyiblər.
"Millət
vəkillərindən heç bir reaksiya olmadığını görən qarslılar Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyiblər", - məqalədə
bildirilib.
Qeyd edək ki, 2008-ci
il iyulun 24-də təməli qoyulan BTQ layihəsinin 2013-2014-cü illərdə və
sonuncu dəfə 2015-ci ildə tamamlanacağı bildirilib.
Vətəninfo.az