Vətəninfo.az xəbər verir ki, sosial şəbəkələrdə Suriyada silahlıların Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin - ARDNŞ-ın avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. ANS PRESS-in məlumatına görə, bu barədə fotoşəkillər paylaşılıb. Fotolarda göstərilir ki, İraq Şam İslam Dövləti silahlı qruplaşmasının üzvləri avtomobili silah gücünə saxlayıblar. Məsələyə aydınlıq gətirmək üçün ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevlə əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi açıqlamaya görə, belə məlumatlar həqiqətəuyğun deyil. Nizaməddin Quliyevin sözlərinə görə, ARDNŞ-in Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də şirkətə heç bir aidiyyəti yoxdur.
“Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, ARDNŞ-in brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir”, - deyə Nizaməddin Quliyev bildirib.



Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR