İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda söküntü işlərinə başlanılıb.
VİZUAL.az apasport.az-a istinadən xəbər verir ki, söküntü işi "Neftçi” klubunun istəyi ilə həyata keçirilir.
Belə ki, orda baza tikməyi qərarlaşdıran "ağ-qaralar” bu yöndə fəaliyyətə başlayıblar. Klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov bildirib ki, söküntü işi tam bitdikdən sonra rəhbərlik əraziyə baxış keçirəcək: "Bəli, İsmət Qayıbov adına stadionda hazırda iş gedir. Söküntü işi klubumuzun istəyi ilə başlanılıb.
Biz əvvəldən də demişdik ki, orda baza tikiləcək. Söküntü işi də məhz bununla əlaqədardır. Bu proses başa çatdıqdan sonra əraziyə baxılacaq. Ondan sonra isə layihəyə əsasən, bazanın tikintisinə başlanılacaq. Tikinti işlərinin konkret nə vaxt başlanılacağı ilə bağlı hələlik heç nə deyə bilmərəm”.
Qeyd edək ki, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu "Neftçi”yə məxsusdur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL