İtaliyada futbol azarkeşinə 26 il həbs cəzası verilib

İtaliyada futbol azarkeşinə 26 il həbs cəzası verilib

 İtaliyanın "Roma" klubunun azarkeşi Daniel De Santis 26 il müddətinə azadlıqdan məhrum edilib.

"Report"un məlumatına görə, o, 2014-cü ildə ölkənin digər klubu "Napoli" azarkeşi Çiro Espozitonu öldürməkdə ittiham olunub. 

Həmin il mayın 3-də "Napoli" və "Fiorentina" komandaları arasında Romada keçirilən İtaliya Kubokunun finalından öncə azarkeşlər arasında insident yaşanıb. Münaqişə zəminində De Santis Espozitoya bıçaq zərbələri endirib.

Çiro Espozito 53 gün xəstəxanada qalsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, həmin görüşdə "Napoli" "Fiorentina"nı 3:1 hesabı ilə məğlub edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az