Joze Maurinyonun yeni klubu bəlli oldu
Portuqaliyalı mütəxəssis Joze Mourinyo İngiltərənin "Mançestr Yunayted” klubu ilə 3 illik müqavilə imzalayıb.
Miq.az xəbər verir ki, bu barədə məlumatı nüfuzlu "Bild” qəzeti yayıb.
Qeyd olunur ki, klub rəhbərliyi "Qırmızı şeytanlar”ın hazırki baş məşqçisi Lui Van Qalın işindən razı deyil. Məhz bu səbəbdən İngiltərə təmsilçisi hollandiyalı mütəxəssis ilə yollarını ayırmaq qərarına gəlib.
Xatırladaq ki, Mourinyo keçən ilin dekabrında "Çelsi” klubundan istefaya göndərilib.
Miq.az