Vətəninfo.az xəbər verir ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərdən biri jurnalist olub. Bu barədə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışan Fuad Abdürrəhmanlı qəza zamanı avtomobildə olub.
“Fuad bu yaxınlarda Türkiyəyə gedəcəkdi. O, Türkiyədə doktorluq işi üzrə müdafiə etməliyidi. Ailəsilə birlikdə Ankaraya yola düşməli idi. Özü həmişə siyasi-ictimai hadisələrin fəal iştirakçı olub. Həftə sonu olduğu üçün yaxınları ilə birlikdə Şəkiyə getmişdi”.
Qeyd edək ki, ötən gecə saat 00:10 radələrində Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı 1966-cı il təvəllüdlü Əlövsət Tahir oğlu İsmayılov, onun sərnişinləri - 1981-ci il təvəllüdlü Elçin Rasim oğlu Məmmədov, 1973-cü il təvəllüdlü Elşad Hikmət oğlu Hüseynov və 1986-cı il təvəllüdlü Fuad Şahid oğlu Abdürrəhmanlı qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR