Qatil qız rəfiqəsini parçalayaraq sellofon torbaya yığıb
Türkiyə prezidenti Turqut Özalın dostu, məşhur jurnalist Mehmet Barlasın oğlu Cəmil Barlasın evində türkmənistanlı qadın qulluqçu birlikdə işlədiyi qadın həmyerlisini vəhşicəsinə qətlə yetirib.
Vətəninfo.az Türkiyə mediasına istinadən məlumatına görə, qətlə yetirilmiş Maya Gözəl Kərimova qatilin işlədiyi villanın duşunda qətlə yetirilib. Ayrı-ayrı evlərdə çalışan Türkmənistan vətəndaşlarının arasında dava 2 min dollar borc üzündən düşüb.


Qatil qadın həmyerlisini bıçaqlayaraq öldürdükdən sonra villanın duşunda onu parçalayaraq sellofon torbaya yığıb, sonra onu çamadana qoyaraq Zekeriyeköydə meşəyə atıb. Cinayət qadın xidmətçinin türkmən sevgilisinin polisə müraciəti nəticəsində ortaya çıxıb.
Tirkiş adlı türkmən Maya Gözəl Kərimovanın itkin düşdüyünü bildirib. "Onunla 4 ildir birlikdəyik. İşlədiyi yerdə icazəli olduğu günlər Bayrampaşaya yanıma gəlirdi. İtdiyi gün mənə zəng etmişdi və eyni məhəllədə başqa bir villada çalışan rəfiqəsi Sahicemalın yanına gedəjəyini söyləmişdi. Ancaq bir daha ondan xəbər ala bilmədim. Telefonu da bağlanıb",- deyə o bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR