Kürdəmirdə 1 nəfərin ölümü, 5 nəfərin isə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 22:00 radələrində Bakı – Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. Tovuz rayon sakini 33 yaşlı Kərimov Niyamməddin Allahverdi oğlu idarə etdiyi “KaMaZ” markalı yük maşınını yol kənarında dayanmış Şabran rayon sakini 34 yaşlı Məmmədtağıyev Mehrab Baba oğluna məxsus “VAZ - 2107” markalı minik maşınına çırpıb. Nəticədə hər 2 maşının sürücüsü və M. Məmmədtağıyevin həyat yoldaşı 28 yaşlıMəmmədtağıyeva Ofelya Əhəd qızı, qızları - 6 yaşlı Mehriban və 7 yaşlı Könül Məmmədtagıyevalar ağır vəziyyətdə Kürdəmir Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Ailənin hələlik adı məlum olmayan daha bir üzvü 8 aylıq oğlan uşağı isə hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR