“Karantin rejimi uzadılmamalıdır” — AÇIQLAMA

“Karantin rejimi uzadılmamalıdır” — AÇIQLAMA

"Məndən olsa, karantin rejimini uzatmaram. Mənim səlahiyyətimdə olsa, mən yalnız insanların maska taxmasına ciddi nəzarət və maskadan istifadəyə, sosial təcridə, əhalinin bir yerə toplaşmasının müəyyən dərəcədə qarşısının alınmasına, bunun təbliğinə önəm verərdim. Əsas önəmli cəhət budur”.

Bu fikirləri Qazet.az-a açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, xarici təcrübə tez bir zamanda öyrənilərək tətbiq edilməlidir. Qaydalara əməl edilmədən karantin rejiminin uzadılmasının heç bir mənası yoxdur.

"Biz qərar veririk ki, maskadan istifadə etməyənlər cərimələnsin. Cərimənin miqdarını da artırırıq. Əgər buna nəzarət olmayacaqsa, heç bir əhəmiyyəti yoxdur. İnsanları maska taxmağa məcbur etdirsək, o zaman hə. Yoxsa biz nə qədər də sərtləşdirsək, maska məsələsinə əməl edilməsə, görünən tədbirlərin nəticəsi zəif olacaq”, – deyə Cəlal İsayev əlavə edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az