26 ildən çoxdur ki, işğal altında qalan Kəlbəcər rayonunun "Aterk” adlandırılmış Həsənriz kəndində ermənilər kətə festivalı keçiriblər.

Moderator.azxəbər verir ki, bu haqda Xankəndindəki separatçı saytlar məlumat yayıb. Məlumata görə, 120 pavilyonun açıldığı tədbirə 12 min erməni qatılıb. İşğalçılar festivalda kətə ilə yanaşı, Azərbaycan torpaqlarında yetişən, hazırlanan digər məhsulları da nümayiş etdiriblər.Xatırladaq ki, ermənilər Azərbaycanın milli qida növlərindən olan kətəni "Jenqlyav has” adlandıraraq dünyaya erməni qidası kimi təqdim edirlər.

Ötən il Xocavəndin Tuğ kəndində keçirilən festivalda 2, 83 metrlik kətə hazırlanmışdı, bu ilə isə Hadrutdan gəlmiş ustalar rekordu yeniləyərək kətənin uzunluğunu 3,03 metrə çatdırıblar.

P.S. Biz də hər il qaçqınlıq, torpaqsızlıq, Qarabağsızlıq müddəti üzrə "rekord”u təzələyirik...
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO