Şimali Koreya lideri Kim Conq Un 2011-ci ildə atasının vəfatından sonra hakimiyyətə keçdiyi müddətdə ilk xarici səfərini Rusiyaya edəcək.
Vətəninfo.az-ın məlumatına görə, Cənubi Koreyanın Yonhap xəbər agentliyi Kimin may ayında Sovet İtifaqının İkinci Dünya müharibəsində Almaniya üzərində qələbəsinin 70-ci ildöünümü münasibətilə təntənələrə dəvəti qəbul etdiyini təsdiqləyib.
Yonhap Rusiya hökumətinə istinadən edərək, 20 dövlət başçısının təntənələrə qatılacağını təsdiq etdiyi və Şimali Koreya liderinin onların arasında olduğu haqda məlumat verib.
Bu, Kimin hakimiyyətə gəldikdən sonra ilk xarici səfəri olacaq. Lakin Pxenyan təntənələrə Şimali Koreyanın formal dövlət başçısı Kim Yonq Namı göndərə bilərdi.
Çin Kim Conq Ununun xarici səfəri üçün ilk ölkə ola bilərdi, lakin onun hakimiyyətə keçməsindən sonra Şimali Koreyanın ən güclü müttəfiqi ilə münasibətlərdə gərginlik müşahidə edilir.
Çin və Rusiya BMT-nin Şimali Koreyanın nüvə silahı inkişaf etdirmək səylərinə görə cəzalandırılmasını nəzərdə tutan razılaşmalarına imza atıb. Lakin Çin məsələdə daha sərt mövqe tutub.
BMT və Çin tərəfindən hazırlanmış sanksiyalar 2013-cü ildə mart ayında Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR