Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə bağlı dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Zaqatala rayonunun Əliabad qəsəbəsindəsilsilə tədbirlərə başlanıb.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşavirliyi xidmətinin, Bilik Fondunun, Multikulturalizm Mərkəzinin, AMEA-nın alimlərinin, KİV təmsilçilərinin iştirakı ilə keçirilən tədbirlərə Zaqatala, Qəbələ, İsmayıllı, Qax, Balakən və Bakı məktəbliləri də qatılıb.
İki gün ərzində tədbir iştirakçıları Zaqatalanın Əliabad qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcək, Əliabad məscidinin bərpası ilə tanış olacaq, “Azərbaycanda dövlət-din münasibətləri” mövzusunda müzakirələr aparacaq, qəsəbə sakinlərinin iştirakı ilə “Qafqaz Albaniyası və onun hazırkı varisləri” mövzusunda konfrans keçiriləcək.
Bilik Fondunun “Qardaşlaşmış məktəblər” layihəsinə əsasən, tədbirə qatılan məktəblilər arasında Qardaşlaşma Sazişi imzalanacaq. Məktəblilər Avropa Oyunlarına dəstək olaraq voleybol yarışı keçirəcəklər.
İyunun 21-də Zaqatala şəhər Heydər Əliyev Mərkəzində “ “Kitabi-Dədə Qorqud”un Zaqatala bölgəsində izləri” mövzusunda dəyirmi masa keçiriləcək.
APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL