Könül Kərimovanın evində toy olacaq
Müğənni Könül Kərimova övladına toy edəcək.
Vətəninfo.az-ın Axşam.az-a istinadla məlumatına görə, ifaçı bu haqda "Star life" verilişində deyib:
"Bir-birini
özləri bəyənib, sevib. Qızımın xeyir işinə çox az qalıb. Hələ nişan
olmayıb. Amma elçilik, "həri" mərasimi baş tutub. Tam mən istəyən kimi
kürəkənim var. Tərbiyəsi, dünyagörüşü, özünü aparması ürəyimcədir.
İstədiyim xüsusiyyətlərin hamısını onda tapdım. Qız köçürmək çox
çətindir. İllərcə övladı böyüdürsən, sonra evdən gedir. Ən böyük arzum
cavan nənə olmaqdır".