Kobzon Avropa İttifaqını söydü

Kobzon Avropa İttifaqını söydü

Rusiya estradasının məşhur veteranı İosif Kobzon adının Aİ-nin "qara" siyahısına düşməsinə öz münasibətini qeyri adi bildirib.

Vətəninfo.az-ın məlumatına görə, Kobzon " Tüpürüm onların sanksiyalarına"-deyib.

Rusiya televiziyasına danışan İosif Kobzon onu "qara siyahıya" salanlara "minnətdarlığını" bildirməyi də unutmayıb: "Çox məmnun və minnətdaram"- deyib.

Müğənni yalnız ondan təəssüfləndiyini bildirirb ki, qızı və nəvəsinə baş çəkə bilməyəcək. Kobzonun qızı avstraliyalı vətəndaşda ərdədir, hazırda Britaniyada yaşayır.

"Düşmənlərim məni Donbass və Krımda çıxış etməkdə günahlandırırlar. Mən isə ora bir daha gedəcəyəm"- deyə Kobzon bildirib.

Müğənni, Donetsk və Luqanska bu ayın sonunda gedəcəyini bildirib. Prezident Vladimir Putinin digər tərəfdarları kimi İosif Kobzon da Ukrayna hökümətinə qarşı vuruşan rusiyapərəst üsyançıları dəstəkləyir.

Bu ilk dəfə deyil ki, 77 yaşlı müğənninin adı Qərbdə tərtiblənmiş qara siyahıya salınır. 1994-cü ildən o, dəfələrlə ABŞ səfirliyinə viza üçün müraciət etsə də, onun müraciəti təmin edilməyib. Rusiyalı müğənninin viza xahişinə rədd cavabının verilməsi siyasi motivlərlə yox, kriminal məslələrlə əlaqələndirilib. Onun viza müraciətinə ilkin rədd cavabında Kobzonun adının "qeyri-qanuni fəaliyyətdə" hallandığı qeyd olunub. Güman edilidiyinə görə, İosif Kobzonun Rusiya cinayətkar aləminin avtoritetlərindən sayılan Yaponçik ləqəbli Vyaçeslav Ivankovla yaxın əlaqələri olub. Dövlət Dumasına seçildikdən sonra həm də siyasətçiyə çevrilmiş estrada ulduzunu "Rusiyanın Frank Sinatrası" adlandıranlar da var.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az