Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü – FOTO

Koronavirusa yoluxan azərbaycanlı idmançı öldü – FOTO

Fransada yaşayan azərbaycanlı idmançı Zəlimxan İbrahimov koronavirusa yoluxaraq ölüb.

Miq.Az xəbər verir ki, bu barədə Ukraynadakı Qafqaz Xalqları Konsresinin rəhbəri Paşa Məmmədov feyzbuk profilində paylaşım edib: "Bu gün Parisdə hospitalda dostum, yaxınım Zəlimxan qardaşım Koronavirusdan komaya düşərək vəfat etdi. Söz tapa bilmirəm, Allahın qədər-qismətinə üsyan edə bilmərəm, lakin bu cür itki ilə barışmaq çox çətindi! 

Zəlimxan cəsarətli və mərd qardaş idi, xarici xüsusi təyinatlar təlimlərində ugurlar qazanmış idmançı idi, lakin virus onu bizdən aldı. Yerin Cənnətlik olsun canım qardaşım!

Allah rəhmət etsin! Özünüzü və yaxınlarınızı qoruyun!"

 

 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az