Azərbaycanın Cəlilabad rayonunda bomba həyəcanı yaşanıb. Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Hüseyin Cavid küçəsində qeydə alınıb. Belə ki, qazılmış kanalizasiya xətləri üçün gətirilmiş torpaq arasında üzə çıxan dairəvi dəmir parçası uşaqlardan başqa heç kimi maraqlandırmayıb. Küçədə oynayan uşaqlar üzə çıxan əşyanı traktorun ehtiyat hissəsi olduğunu zənn edərək, onu evlərinin lap yaxınlığına aparıblar. Lakin həmin küçədə yaşayan Rafət Məmmədovəşyanı diqqətlə nəzərdən keçirdikdən sonra onun heç də adicə dəmir parçası deyil,tank əlieyhinəpartlamamış mina olduğu qənaətinə gəlib.
Hadisə yerinəçağırılan rayon polis şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal ərazini nəzarətə götürməklə sakinlər buradan uzaqlaşdırıblar. Daha sonra hadisə yerinə gəlmiş Daxili qoşunların minaların zərərsizləşdirlməsi üzrə mütəxəssislərinin köməyi ilə partlamamış hərbisursat ərazidən uzaqlaşdırlaraq zərərsizləşdirilib.
Qeyd edək ki, tapılanmina 150 metr radisunda yerləşən yaşayış məntəqələrində güclü dağıntılar törətmək gücünə malik olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR