Vətəninfo.az xəbər verir ki, Şəmkirdə iki nəfər arasında yaranan mübahisə bir nəfərin ölümünə səbəb olub. Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, avqustun 13-də axşam saatlarında rayonun Sabirkənd kəndində baş verib. Kənd sakini, 22 yaşlı Vüqar Məhərrəm oğlu Əliyev mübahisə zəminində Zəyəm qəsəbə sakini, 20 yaşlı Pərvin Nəbi oğlu Tanrıverdiyevi bıçaqlayıb.
P. Tanrıverdiyev hadisə yerində ölüb. V. Məhərrəmov isə hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən sonra qətli törədən Vüqar Əliyevə məxsus 169 kvadratmetr sahəsi olan ev yanaraq yararsız hala düşüb. Yanğının ölən P. Tanrıverdiyevin qohumları tərəfindən törədildiyi ehtimal edilir. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda və Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR