Vətəninfo.az xəbər verir ki, Lerik rayonunun Piran ərazisindəki meşə massivi yanır. Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Sadıqov APA-nın cənub bürosuna bildirib ki, yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib. Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar. Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib. O, yanğının 2 hektaradək ərazini əhatə etdiyini qeyd edib, hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlərin görüldüyünü deyib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR