Küveyt Baş naziri Cabir əs-Sabah ölkə əmiri Şeyx Sabah əl-Əhməd əs-Sabahın hökuməti qurmaq təklifini rədd edib.
Ötən həftə istefa verən baş nazir bu göstərişi yerinə yetirmək üçün sosial şəbəkə və mediada barəsində yayılmış ittihamlardan bəraət almasının vacib olduğunu açıqlayıb.
Cabir əs-Sabah Küveyt əmirinə verdiyi yazılı cavabda bildirib:
"Bu vəzifəni yerinə yetirmək üçün əvvəlcə məhkəmədə günahsız olduğumu sübut etməliyəm. Bu vəzifəni qəbul etməməyimin səbəbi də sizə olan hörmətimin bir nümunəsidir”.
Küveyt əmiri bu gün verdiyi sərəncamla müdafiə naziri olan oğlu Nasir əs-Sabah və daxili işlər naziri Xalid əs-Sabah postlarından uzaqlaşdırıb.
Baş nazir Cabir əs-Sabah noyabrın 14-də istefa verib. Bundan sonra açıqlama yayan Nasir əs-Sabah onun orduya aid fonda məxsus pulları mənimsədiyinə görə vəzifəsindən uzaqlaşdığını iddia etmişdi.
O bu vəsaitlərin həcminin 240 milyon dollar olduğunu demişdi.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO