İngiltərədə yaşayan Konqo əsilli yeniyetmə terror aktını törətməyə cəhd etməkdə ittiham olunur.
Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Bruştoma Ziamaninin Londonda əsgərin başını kəsməyi planlaşdırdığı bildirilir.
Amma onun özü bu ittihamı rədd edir. Ziamani barəsində məhkəmə hökmü martın 20-da elan ediləcək. O, 2014-cü ilin avqustunda saxlanılıb. Təxmin edilir ki, Ziamani terror aktını həyata keçirmək üçün hərbi bazaya gedirdi. Onun üzərindən qara islam bayrağına bükülmüş 30 santimetrlik bıçaq və çəkic tapılıb.
İslamı qəbul edən Ziamani “Al-Muxadjirun” radikal təşkilatının təsiri altına düşüb. Fəaliyyəti Böyük Britaniyada qadağan edilən təşkilat ümumdünya xilafətin yaradılması dəstəkləyir. O, 2013-cü ildə britaniyalı əsgər Li Riqbini öldürən Nigeriya sakinlərinin hərəkətinı bəyəndiyini etiraf edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR