"Gəncə-2016” Avropa Gənclər Paytaxtının növbəti təqdimatı Macarıstanda keçirilib.
Avropa Komissiyasının "Erasmus plus” proqramı çərçivəsində reallaşan "Avropa üçün aktiv gənclərə” (With astive youth for Europa) adlı beynəlxalq layihədə Macarıstan, Rumıniya, Serbiya, Slovakiya, Ukrayna, Albaniya, İtaliya, Kosovo, Litva ilə yanaşı, Azərbaycan gəncləri də iştirak ediblər.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, tədbirdə ölkəmizi "Odlar Yurdu” Gənclər İctimai Birliyinin üzvləri təmsil ediblər. Layihə çərçivəsində Nyiregyhaza şəhərində təşkil olunan "Azərbaycan gecəsi”ndə ölkəmizdə uğurla keçirilən ilk Avropa Oyunlarından söz açılıb, Azərbaycan mədəniyyətini, mətbəxini əks etdirən təqdimatlar keçirilib.
Sonra "Gəncə-2016” Avropa Gənclər Paytaxtına dair videoçarx nümayiş etdirilib.
Aparılan müzakirələrdə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən gənclər siyasəti, bu sahədə qazanılan uğurlardan danışılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL