Gecə Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Heydər Əliyev prospektində baş verən qəza zamanı yolu keçmək istəyən 45-50 yaşlarına kişi piyada “Hyundai” markalı avtomaşının sürücüsü tərəfindən vurulub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib.
Qəzadan sonra hadisə yerində nərimanov rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. İşi araşdıran müstəntiq Elçin Mustafayev isə piyadanı vuran sürücünün şəxsiyyətini bilsə də, bunu gizlətməyə çalışdı. Hadisə şahidləri isə bildirdilər ki, piyadanı vuran sürücü polis əməkdaşı olub.
Qəzada təəssüf hissi doğuran bir məqam isə dünyasını dəyişən şəxsin meyitinin ortada qalması oldu. Təxminən 2 saata qədər asfaltın üzərində qalan meyiti morqa aparmağa nə müstəntiq, nə də ki, idarənin digər işçiləri bir maşın tapa bilmirdilər. Uzun sürən axtarışlardan sonra polislərin dadına təsadüfən həmin ərazidən keçən yük maşını çatdı. Elə piyada məhz maşının yük yerinə qoyularaq morqa göndərildi.
Qəzada maraqlı digər bir məqam isə ondadır ki, dünyasını dəyişən şəxs hadisə yerindən təxminən 15-20 metr aralıda olan piyada keçidinin yaxınlığında avtomaşın tərəfindən vurulub. Onun keçiddən istifadə etməməsi həyatı bahasına başa gəlib. Hadisə ilə bağlı başlanan araşdırmalar davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR