"Mavi Ay" görünəcək - bu gecə
Bu gecə insanlar nadir təbiət hadisəsi olan "Mavi Ay”ın şahidi olacaqlar.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Ay sonuncu dəfə 2012-ci ildə belə görünüb.
"Mavi
Ay” 1 əsrdə 5 dəfə meydana gəlir. Dünyada baş verən vulkan püskürməsi
və meşə yanğınlarının yaratdığı toz buludların hərəkəti ilə mavi rəngdə
görünür. Əslində Ayın rəngi dəyişmir. Qarşısını tutan buludlar onu elə
rəngdə göstərir.
"Mavi Ay” ilk dəfə 1883-cü ildə görülmüş və tarixə yazılmışdı.
Alimlər "Mavi Ay”ın bundan sonra 2018-ci və 2020-ci ildə görünəcəyini bildiriblər.
Vətəninfo.az