Maykl Ceksonun yeganə qızı illər sonra
Pop ulduz Maykl Ceksonun sağlığında üzünü gizləməsiylə məşhur olan yeganə qızı Parisin yeni fotoları yayılıb.
Vətəninfo.az-ın məlumatına görə, Axşam.az
xarici mətbuata istinadən xəbər verir ki, dünya mediasının ilk dəfə 11
yaşında ikən gördüyü Paris 13 yaşında intihar etmək istəməsi ilə gündəmə
gəlmişdi. Fotolarda gənc qızın artıq çətin günləri keçmişdə qoyduğu və
yeni həyata başladığı görülür.
Paris Cekson futbolçu sevgilisi Çester Kastellou ilə olan fotolarını da sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Maykl Cekson hər zaman uşaqlarının təhlükəsizliyi naminə onların üzünü gizlətməyə çalışıb.