MDB Hökumət Başçıları Şurasının növbəti iclası gələn il mayın 29-da Astanada keçiriləcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsininin sədri Sergey Lebedev deyib.
Noyabrın 21-də Aşqabadda Şuranın iclası keçirilir.
S.Lebedev bildirib ki, Qazaxıstanın təklifi ilə Şuranın növbəti iclasının bu ölkənin paytaxtında keçirilməsi qərara alınıb.
Onun sözlərinə görə, Şuranın qısa tərkibli iclasında nümayəndə heyətlərinin rəhbərləri iqtisadi əməkdaşlığın aktual məsələlərini, azad ticarət haqqında müqavilənin reallaşdırılmasının gedişatını müzakirə ediblər.
Şuranın bugünkü iclasında 7 ölkənin (Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan) Baş naziri iştirak edir. Azərbaycan və Türkmənistan Baş nazirin I müavinləri, Ukrayna Türkmənistandakı səfiri, Moldova isə Belarusdakı səfiri ilə təmsil olunub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR