Media nümayəndələri Fəxri Xiyabanda olublar

Media nümayəndələri Fəxri Xiyabanda olublar
Bu gün Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) üzvləri və media təmsilçiləri milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə Fəxri Xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. 
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə güllər düzülüb. 
Sonra böyük mütəfəkkir, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin məzarı ziyarət olunaraq önünə əklil qoyulub.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az