ABŞ Müdafiə Nazirliyi İraq və Suriyada İŞİD-ə qarşı apardığı mübarizənin bir illik maliyyə hesabatını açıqladı. 2014-cü ildən bəri “Anadangəlmə həll” adlanan əməliyyatlara çəkilən xərc 2 milyard 740 milyon dollardır.
Vətəninfo.az Strateq.az-a istinadən xəbər verir ki, hesabata görə, ABŞ İŞİD-i yox etmək məqsədilə əsgəri hava əməliyyatları, müşahidə və hərbi texnikaların nəqli üçün hər gün 9 milyon 100 min dollarından keçir. Tək yüksək texnologiyalı F-22 təyyarələrinin bir saatlıq uçuşu 68 min dollara başa gəlir.
Əməliyyatda iştirak edən Amerika donanmasına indiyə qədər çəkilən xərc isə 438 milyon dollar civarındadır. Piyada qüvvələrinə də az pul getməyib. İraq əsgərlərinə verilən təlimlərin də daxil olduğu bu sahəyə 274 milyon dollar pul xərclənib. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama təkcə son həftə ərzsində 450 hərbi təlimçini İraqa göndərmək təlimatı vermişdi.
İraq və Suriyanın eyni məqsədlər üçün daha çox pul xərclədiyini və İŞİD-in hər gün yeni yerlər ələ keçirib xaraba qoyduğunu, yüzlərlə insanın öldürüldüyünü nəzərə alsaq, müharibənin Yaxın Şərqə nə qədər böyük zərbə vurduğunu anlamaq mümkündür. Təbii ki, bir də İŞİD-in mövcudluğu üçün Körfəz ölkələrinin xərclədiyi pullar da hesaba qatılsa, bu kapitalla islam coğrafiyasının sülh şəraitində nə qədər ciddi tərəqqiyə imza atacağını düşünə bilərik. Nə yazıq ki, dünya gücləri sülhə yox, müharibəyə pul ödəyirlər.
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA