Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycan Respublikasındakı Səfiri Vasil Todorov Kalinovu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. “Vətəninfo.az”ın XİN-dən aldığı məlumatda deyilir ki, görüş zamanı V.T.Kalinov Azərbaycanda işlədiyi dövrdə Bolqarıstanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlıq bildirib. Nazir Elmar Məmmədyarov hər iki ölkə rəhbərinin siyasi iradələri nəticəsində Azərbaycanla Bolqarıstan arasında münasibətlərin hər zaman yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bolqarıstan Hökumətinə öz təşəkkürünü bildirib.Elmar Məmmədyarov V.T.Kalinova xoş arzularını çatdırıb və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR