Məmurların tələbə olmaq həvəsi: “O icra başçısı 50 yaşında...”
"Bəzi məmurlar universitetin qapısını belə tanımayıblar, diplomu isə tutduqları vəzifəyə uyğun olaraq kabinetlərdə alıblar…”
Bu sözləri "Yeni Sabah”a sabiq deputat, təhsil məsələləri üzrə ekspert Etibar Əliyev deyib.
Onun sözlərinə görə, vaxtilə prestijli ali təhsil müəssisələrini bitirmək vəzifəli şəxslərin karyerasında əhəmiyyətli rol oynayırdı:
"Əvvəllər bəzi vəzifələr üçün Ali Partiya Məktəbini bitirmək qarşıya məqsəd qoyulurdu. Vəzifəli şəxslərin bioqrafiyalarına baxanda görürük ki, onların bitirdiyi Ali Məktəb və xüsusilə Bakı Ali Partiya Məktəbinin məzunu olması diqqəti cəlb edir
Sovetlər dağlandıqdan sonra isə istək, ikinci və ya üçüncü diplom almaq arzusu daha da geniş yayılmağa başladı. İkinci təhsil adı ilə bir çox şəxslər yalnız ikinci ixtisas üzrə ali təhsil alırdılar. Burada "ali təhsil almaq” ifadəsini bir qədər geniş dərk etmək olar.
Məsələn, əksər vəzifəli şəxslərdən biri, Qaradağın İcra Hakimiyyətinin keçmiş başçısı Süleyman Mikayılov İdman Akademiyasını bitirdikdən sonra 2004-cü ildə 50 yaşına yaxın Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bu, maraqlı bir nümunədir.
İndi bir çox məmurlarda, hətta bir sıra deputatlarda ikinci təhsil daha böyük önəm daşıyır. Məsələn, kimsə Texniki Universiteti bitirib, daha sonra Bakı Dövlət Universitetinin və ya Dövlət İdarəçiliyi Akademiyasını da bitirib. Bu hal geniş yayıldı və şübhəsiz ki, bunun məqsədi dərin ali təhsil almaq deyil, daha çox bioqrafiyanı zəngin göstərməkdir”.
E. Əliyev qeyd edib ki, bəzi vəzifəlilər universitetə formal olaraq gedərək diplomlar alıblar: