"Mən əsl Anadolu kişisiyəm"
"Beyaz TV”də yayımlanan "Həyatda hər şey var” proqramında gərgin anlar yaşanıb.
Vətəninfo.az-ın Moderator.az-a istinadən
məlumatına görə, proqramda "Təbii, yoxsa estetik gözəllik?”mövzusunda
müzakirə aparılıb. Müzakirələr davam edərkən təbii gözəlliyi müdafiə
edən qonaq Mehmet Şimşək ilə stilist Ferit Akgül mübahisə etməyə
başlayıb.
Şimşek stilistin danışıq tərzini bəyənmədiyini bildirib və onu sərt tənqid edib.
Tənqidlərə
dözə bilməyən Akgül "Mən əsl Anadolu kişisiyəm. Heç kim mənə artıq söz
deyə, təhqir edə bilməz. Ata və anam məni izləyir” deyərək Şimşəkə hücum
edib. Əsəbi stilist daha sonra studiyadan çıxarılıb.