Mənə elə gəlir ki, Bakıda nəqliyyat və yol problemi yoxdur - DEPUTAT

Mənə elə gəlir ki, Bakıda nəqliyyat və yol problemi yoxdur - DEPUTAT
"Mənə elə gəlir ki, Bakı şəhərində nəqliyyat və yol problemi yoxdur. Paytaxtda "butulka effekti" yaradan darboğazlar problemi var. Bu ünvanları hamı bilir. 20 Yanvar dairəsində, Babək prospektindən Heydər Əliyev prospektinə dönən yolun kəsişməsində və Koroğlu körpüsünün ətrafındadır".

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Hikmət Məmmədov deyib.  

"Əslində şəhərimizdə tıxac problemi təqdim olunan qədər faciəvi deyil. Həmçinin, biz yeni qanun layihəsi qəbul etməliyik. Yol nəqliyyatının, infrastrukturunun idarəolunmasında iştirak edən müəssisələrin, dövlət qurumlarının fəaliyyətinin koordinasiya edilməsi və onların səlahiyyətlərinin müəyyənləşdirilməsi çox vacibdir".


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az