Afaq Şıxlı
(Məni yoldan eləməyin,
məni dənizim gözləyir. Nigar Rəfibəyli)
Mən, gözləri yolda qalan bir dənizin övladıyam,
selə dönüb qayıdaram.
Günlər gələr günlər üstə...,
ilə dönüb qayıdaram.
Mən, Günəşi nisgilləri yox eyləyən bir vətəndən
ayazlara köç etmişəm.
Bugün,sabah deyə-deyə
Vətən boyda sevincimi puç etmişəm.
Qoruyuram, bəsləyirəm o sevgini
mən ağzımda dilim kimi.
Bu dünyada yox elə yer! –
öz Vətənim, elim kimi!
İnsaf edib dincəlmir də
ürəyimdə bu ağrılar...
Sızım-sızım sızladacaq duyğuların
“həsrət” adlı bir adı var!
Bilirəm ki,
nə zamansa saçlarımı sığallayan külək yenə əsir orda....
Sevinc də var, gülüş də var,
Yenə,
məndən uzaqlarda...
Bilirəm ki,
hələ mənə vəfalıdır,
itib getmir, -
Sahildə izim gözləyir.
Ey ayazlar,
ey sazaqlar,
Məni yoldan eyləməyin,
məni dənizim gözləyir!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR