"Məni hər kəs işimə, peşəmə görə tanıyır"
"Şəxsi yönlü suallardan həmişə qaçmışam. Hətta qarşımdakı insana sonsuz hörmətim olsa belə".
Vətəninfo.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri İTV-də yayımlanan "Yeni gün" verilişinin aparıcısı Saleh Bağırov "Azadinform"a deyib.
O bildirib ki, şəxsi həyatı ilə bağlı danışmaq istəmir:
"Məni
hər kəs işimə, peşəmə görə tanıyır. Ona görə də işimlə bağlı istənilən
suala cavab verməyə hazıram. Düşünmürəm şəxsi məsələlərim insanlar üçün
maraqlı ola. Hər kəsin öz şəxsi həyatı ona bəs edir. Yükləmək nəyə
lazım?".